Azərbaycanda uşaq kürəyində cinsiyyət orqanı ilə doğuldu – FOTO
Hadisə
14:40 / 13.12.2017
2994
Azərbaycanda qəribə patologiyalı oğlan uşağı doğulub.
Sfera.az xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin müdiri Gündüz Ağayevin Medicina.az-a verdiyi məlumata görə, bir müddət əvvəl dünyaya gəlmiş körpənin kürəyinin ortasında cinsiyyət üzvü olub.
Həkimin sözlərinə görə, özünün normal cinsiyyət üzvü olmasına baxmayaraq, uşağın kürəyində daha bir parazit orqan olub və o, əməliyyatla götürülüb: "Bu orqan, əslində, əkiz tayın orqanıdır, sadəcə, həmin döl inkişaf etmədiyindən, bir orqanı dölə yapışıb. Əməliyyat zamanı parazit tam çıxarıldı, kürəkdə heç bir birləşmə qalmadı. Uşaq tam normal şəkildə evə yazıldı və yaşıdlarından fərqlənmir”.
Sfera.az