Azərbaycanlı alimə edam hökmü elan edildi

Azərbaycanlı alimə edam hökmü elan edildi
Təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Sfera.az "GünAz TV"-yə istinadən xəbər verir ki, "İran Wire”in yaydığı məlumata görə, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.

Əhmədrza Calalinin anası isə bildirir ki, iki gün öncə edam hökmünün təsdiq edildiyini eşidib: "Həmən oğlumun vəkilinə zəng etdim. O bildirdi ki, "bu şayiədir, hələlik Ali Məhkəmə bu barədə qərar verməyib. Lakin bu gün vəkil  hökmün təsdiq edildiyi ilə bağlı sənədi alıb".

Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini casusluqda günahlandırıb. İddiaya görə, o, bəzi iranlı nüvə alimləri ilə bağlı "Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.

Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

Azərbaycanlı alimin anası bir istəyi olduğunu bildirir: "Bizim səsimizi dünya ictimaiyyətinə çatdırın. Deyin ki, Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa, açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik”, - deyə o vurğulayıb.

Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O, 9 il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o, İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində çalışıb.

Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib. Məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O, Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası keçirib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...