Qaynatasının hamamda qonşu kişilə tutduğu Aysel... - Bakıda öldürüldü - FOTO

Qaynatasının hamamda qonşu kişilə tutduğu Aysel... - Bakıda öldürüldü - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini namus üstündə odlu silahla qətlə yetirib. Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü, gəlini Aysel Xanağa qızı Məmmədovanın başından 2 güllə vuraraq qətlə yetirib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlayıblar. Qətli törədən şəxs isə şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işini araşdıran müstəntiq Zaur Qasımovun "Ölkə.Az"-a verdiyi açıqlamaya görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qeyd edək ki, qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.
 
Sfera.az
 


 

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...