Azərbaycan at əti ixracını kəskin artırdı

Azərbaycan at əti ixracını kəskin artırdı
 Azərbaycan ətlik at ixracı istiqamətini genişləndirə bilər. Belə ki, Azərbaycanın ixrac qiymətlərinin cəlbedici olmasını nəzərə alaraq at ətinin ən böyük idxalçısı, eyni zamanda istehsalçılarından olan Çin və Rusiya ölkə üçün potensial ixrac bazarları hesab oluna bilər.

"Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı ixrac bazarlarının icmalına istinadən xəbər verir.

Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il, təqribən, 3-4 min ton at və qatır əti idxal edir. Xatırladaq ki, Qazaxıstan həm də, at ətinin istehsal həcminə görə, dünyada ikinci yerdədir.

Azərbaycanın iqtisadi əməkdaşlığının yüksək olduğu digər qonşu dövlətlər və region ölkələrində (xususilə İslam ölkələri) at ətinin istehlakı ilə bağlı olan qadağalar və digər sosial amillər bu ölkələrə ixracı mümkünsüz edir.

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 316 baş at (ətlik) ixrac olunub ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur. Qeyd edək ki, Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin ildə 1 155 baş at ixrac olunub.
Hesabat dövrünün göstəricilərinə əsasən, Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac satış qiyməti 148 ABŞ dolları olub, ötən il müvafiq göstəricisi isə 141 dollar təşkil edib.

Qeyd edək ki, dünya üzrə hər il, təqribən, 370 mln. dollar dəyərində at əti idxalı həyata keçirilir. Son 5 ilin göstəriciləri qlobal idxalda azalmanın müşahidə olunduğunu göstərir. At əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir. Regionda ixtisaslaşmış qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. ABŞ dünyada at ətinin istehlakına ən çox mənfi reaksiyanın olduğu ölkədir. Lakin buna baxmayaraq, hər il orta hesabla 25 min tondan çox at əti istehsal edir.

OXŞAR XƏBƏRLƏR

Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Kreml sahi...

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...