Salyanda dəhşət - ər öz arvadını və 4 qızını öldürüb zirzəmidə basdırdı

Salyanda dəhşət - ər öz arvadını və 4 qızını öldürüb zirzəmidə basdırdı
 Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə  itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

 





OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...

"Azərtac"dan TASS-ın Xankəndi ilə bağlı təxribatçı addımına - CAVAB

"Azərtac" xəbər agentliyi iyulun 31-də Rusiya Federasiyasının TASS xəbər agentliyində “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlığ...