Bakıda bu əraziləri su basdı

Bakıda bu əraziləri su basdı
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.

Sfera.az xəbər verir ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabuncu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca bəzi yerlərdə ərazini qrunt suları basıb: "Bu, əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Adı çəkilən ərazilərdə kanalizasiya sistemi yoxdur. Ancaq kanalizasiya sistemi evdən çıxan təsərrüfat sularının uzaqlaşdırılması üçündür. Kanalizasiya sisteminin ərazidəki qrunt sularının tənzimlənməsinə köməyi olmur".

R.Həsənov qeyd edib ki, qrunt sularının təmizlənməsi üçün "Azərsu" ASC tərəfindən ərazidə drenaj şəbəkəsinin qurulması vacibdir: "Bu yeraltı şəbəkə qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadanalanan ərazilərdə bu şəbəkə yoxdur".

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...