1XBET bukmeker kontorunun özbaşınalığı - Şirkət qeyri-qanuni fəaliyyət göstərir!

1XBET bukmeker kontorunun özbaşınalığı - Şirkət qeyri-qanuni fəaliyyət göstərir!
 

AFFA Azərbaycan milli komandasının futbolçularının şəkillərindən qanunsuz istifadə edən 1XBET bukmeker kontoru ilə bağlı tədbir görəcək.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun Marketinq və sponsorluq şöbəsinin rəhbəri Tural Piriyev məlumat verib. O bildirib ki, daha əvvəl sözügedən məsələ ilə bağlı həmin şirkətə müraciət olunub. T.Piriyevin bu dəfə daha sərt tədbir görəcəklərini söyləyib:

"Əvvəl bu məsələ ilə bağlı qeyd etdiyiniz bukmeyker kontoruna müraciət etmişdik və Azərbaycan millisinin futbolçularının şəkillərindən istifadəni aradan qaldırmışdılar. Lakin yenə oxşar vəziyyət yaranıb. Bu, qanun pozuntusudur. AFFA-nın sözügedən şirkətlə heç bir razılaşması, rəsmi müqaviləsi yoxdur. Onlarla təkrar əlaqə saxlayacağıq və lazım gəlsə, müvafiq yerlərə müraciət edəcəyik. Bu dəfə daha sərt tədbir görəcəyik”.

Qeyd edək ki, bəzi yerli və xarici saytlarda 1XBET bukmeyker kontorunun Azərbaycan millisinin futbolçularının şəkillərindən reklam vasitəsi kimi istifadə etdiyini görmək mümkündür.

Onu da bildirək ki, sözügedən şirkət ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, 1XBET bukmeker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüzfaizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!


OXŞAR XƏBƏRLƏR