Ərzaq bahalaşmasının qarşısını necə almaq olar? - Deputatlardan təklif

Ərzaq bahalaşmasının qarşısını necə almaq olar? - Deputatlardan təklif
Son vaxtlar Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Qiymət artımı idxal olunan ərzaq məhsullarında özünü daha qabarıq şəkildə göstərir. Ölkədə fevral ayından bəri manatın məzənnəsi stabil qalır.  Amma buna baxmayaraq, istehlak bazarında qiymət artımları baş verir. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, bahalaşmanın iqtisadi əsasları yoxdur. 

Son vaxtlar ən çox qiymət artımı kərə yağı və ətdə özünü göstərib. 

Qiymət artımı ilə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırılıb. Hətta Milli Məclisin iclaslarında bəzi deputatlar ərzaq mallarının bahalaşmasına etirazlarını bildiriblər. Hələ ki bahalaşmanın çarəsi tapılmır...

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,3 faiz qalxıb.

Sfera.az xəbər verir ki, Modern.az bir neçə deputatdan istehlak bazarındakı vəziyyətə münasibət öyrənib.

Asim Mollazadə qeyd edib ki, bazar iqtisadiyyatına uyğun və anti – monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin.

"Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır”.

Vahid Əhmədov deyib ki, möhtəkirlər hazırda Yeni ilin gəlməsini bəhanə edib, qiymətləri qaldırırlar.
"Qarşıdan Yeni il gəldiyi üçün bundan istifadə edəcəklər. Hətta ola bilər ki, bahalaşma da baş versin. İqtisadiyyat Nazirliyinin müvafiq departamenti çalışır ki, qiymətləri stabil saxlasın. Kənd Təsərrüfatı Nazirliyi müəyyən yarmarkalar keçirir ki, qiymət artımının qarşısını alsınlar. Qiymət artımın qarşısının alınması üçün qiymət siyasəti olmalıdır. Bununla bağlı xüsusi "Yol Xəritəsi” hazırlanmalıdır. Sahibkarlar da nəzərə almalıdır ki, qiymətləri qaldırmaq elə də böyük əhəməyyət kəsb etmir. Qiyməti qaldırmaq bir tərəfdən sahibkara xeyir verirsə, digər tərəfdən ziyan vurur. Çünki qiyməti qaldıranda alıcılıq qabiliyyəti aşağı düşür. Onlar bilməlidirlər ki, qiymətləri qaldırmaq əhalinin maliyyə vəziyyətinə öz təsirini göstərir. Xaricdə istehsal olunan bir sıra məhsullar var ki, ona Azərbaycanda tələbat çoxdur. Xaricdən gətirilən həmin məhsulların dövlət rüsumunu aşağı salmaqla qiymətləri stabilləşdirmək olar”.

Fazil Mustafa vətəndaşın vəziyyətini ağırlaşdıracaq hərəkətlərə yol verməməyə çağırıb:

"İnflyasiyanın artması, maaşların lazımi səviyyədə olmaması əhalini çox çətin vəziyyətə qoyub. İnflyasiyanın artım sürətinə görə qiymətlər tənzimlənməlidir. Vətəndaşın əmək haqqı, pensiya xərclərinin qaldırılması vacibdir. Lazımsız xərcləri bir qədər azaldaraq daha çox vətəndaşın rifahına yönəlik addımların atılması, məşğulluğun təmin olunması vacibdir”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...