Uşaq batareya uddu, qida borusu yandı - CƏRRAH DANIŞIR - VİDEO
Sfera.az- ın məlumatına görə, hadisə bir həftə əvvəl baş verib.
Valideynləri uşaqda qəfildən ürəkbulanma əlamətlərinin olduğunu görüb və onu dərhal rayonda yerləşən xəstəxanlardan birinə çatdırıblar. Burada uşağın mədəsində batareya qaldığı məlum olub. Sonra vəziyyəti ağırlaşan uşağı Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdiriblər.
Cərrah Fuad Hüseynov deyir ki, uşaq rentgen müayinəsindən keçdikdən sonra dərhal əməliyyatxanaya götürülüb.
Çıxarılan batareyanın diametri 2 santimetr olub. Batareya qida borusuna düşən zaman orada ciddi yanıq əmələ gətirib.
Fuad Hüseynov deyir ki, hazırda xəstənin vəziyyəti yaxşı olsa da, yanan yemək borusu üçün ən böyük təhlükə daralma ehtimalıdır və bunun da olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək. Həkim həmçinin valideynlərə tövsiyə edir ki, uşaqlara üzərində batareya və digər təhlükəli cisimlər olmayan oyuncaqlar versinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: