Rusiyadan növbəti Qarabağ açıqlaması
Dünya
18:55 / 23.11.2017
797
"Dağlıq Qarabağ münaqişəsi üzərində işlər daim davam etdirilir".
Sfera.az "Report"a istinadən xəbər verir ki, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
"Son iki həftə ərzində diplomatik aktivlik bir o qədər də müşahidə edilmir. Sizin televiziya və mətbuat konfranslarında aktivliyi müşahidə etməyiniz üçün çox böyük cari işlər görülməlidir. O, həftələri əhatə etmir, daim aparılır", - M.Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu prioritetdir.