Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
Hadisə
20:10 / 23.11.2017
1276
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
Sfera.az xəbər verir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.