Azərbaycanlı müəllimə avtobusda təcavüzə məruz qaldı: "Ağzım, üzüm tanınmaz haldadır" (FOTO)
Hadisə
01:16 / 20.11.2017
2753
"Kaş ki, ölərdim. O qədər acı çəkirəmki..."
Sfera.az xəbər verr ki, bu sözləri Türkiyənin paytaxtı Ankarada evinə getmək üçün mindiyi avtobusda sürücünün təzəvüzünə məruz qalmış 37 yaşlı, iki uşaq anası olan Azərbaycan vətəndaşı qadın deyib. Ötən gün qadın başına gələn fəlakətdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. "Hürriyət"in yazarı Ayşe Armanla görüşən qadın başına gələnlərdən özünü günahkar bildiyini də deyir.
"Kaş ki təcavüzə uğrayan yerdə ölmüş olardım. Dayanmadan ağlayıram. Öz günahım varmış kimi utanıram. Çox adam mənim yanımda olduğumu deyir, yanlız qoymurlar. Məncə özümə nə isə edə biləcəyimdən qorxurlar. Amma özümü yanlız hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm".
İngilis dili müəllimi olan qadının sözlərinə görə, həmin gün havanın temperaturu -11 dərəcə olub. İşləri də gec bitib. "Saat 22.30-da evə dönməli idim. Hər zaman o dayanacağa qədər gəlir, sonra evə piyada gəlirəm. Amma o gün çox soyuq idi. Kaş ki, avtobusa minməzdim, taksi ilə gedərdim. İctimai nəqliyyatın təhlükəsiz olduğunu düşündüm.
İnsanlar mənə gözəl deyirlər. Gözəl olmaq istəmirəm. Mümkün qədər çirkin olmaq istəyirəm.
O, şəxsin mənim başıma gətirdiklərinin nə qədər qorxunc olmasını hiss etməsini istəyirəm. Bir insan insana bunu etməz, cəzasını çəkməsini istəyirəm. Mənim haqqımda söylədiyi yalanlar var, onlar da məni dəli edir. Sən bir insana edə biləcəyin ən böyük pisliyi et, bu da yetməzmiş kimi iyrənc, çirkin yalanlar danış. Mənim vəziyyətimi görənin ürəyi ağrıyır. Ağzım, üzüm tanınmaz haldadır. O adamla öz istəyimlə necə birlikdə ola bilərəm?".
Qadın yaşadıqlarının və başına gələ biləcəklərin qorxusu altında olduğunu da etiraf edib. "Birdən cəza almasa, sərbəst buraxılsa... Gəlib məni tapıb öldürər. Yarım qoyduğu işi bitirər. Mən bu qorxu ilə yaşayacağam?..."(sonxeber.az)
FOTOQALERIYA
Sfera.az