Bakıda sürücü hamının həyatını təhlükəyə atdı

Bakıda sürücü hamının həyatını təhlükəyə atdı
 Əks yola çıxaraq nəqliyyatın axınına doğru hərəkət edir. Görüntülər gecə saatlarında paytaxtın Nizami rayonu Məhəmməd Hadi – Sarayevo küçələrinin kəsişməsində lentə alınıb.


"Xəzər TV" xəbər verir ki, dayanma-durma qaydalarını pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün böyük təhlükəyə səbəb olur.


Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yol hərəkəti qaydaları pozulanda, böyük faciələrə səbəb olur. Ekspertin sözlərinə görə, sözü gedən sürücü 3 bal və 60 manat məbləğində cərimələnə bilər. 
Sfera.az



OXŞAR XƏBƏRLƏR