Sumqayıtda avtobus atəşə tutulub? RƏSMİ AÇIQLAMA

Hadisə
22:40 / 15.11.2017
2408
Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Qeyd edək ki, məsələ ilə bağlı "Yeniavaz.com"un əməkdaşı hadisə yerində olub. Şahidlər 7 saylı marşrut avtobusuna daşlar atıldığını, odlu silahdan heç kimin atəş açmadığını bildiriblər. Baş verən hadisə nəticəsində heç kim xəsarət almayıb.
Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıtın 17-ci mikrorayon ərazisində, "Gold Palace" şadlıq sarayının yaxınlığında avtobusun atəşə tutulduğu, ölənlərin olduğu xəbəri yayılmışdı.
Sfera.az