Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı — SƏBƏB

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı — SƏBƏB
Yanacaqdoldurma məntəqələrində "Aİ-98” super markalı benzinin satışı dayandırılıb.
Sfera.az Xəzər TV-yə istinadən məlumatına görə, bu markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır.
 
Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə Aİ-98 super markalı benzinin gətirilməsi hələ ki, dayandırılıb. Şirkət rəsmisinin sözlərinə əsasən, yanacağın ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95” kimi tanınan "Premium” markalı benzindən istifadə edə bilərlər.
 
Onun sözlərinə görə, "Aİ-98 super” markalı benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində artım olmayacaq.
 
Qeyd edək ki, "Aİ-98 super” markalı benzin Azərbaycanda istehsal olunmur. Bu markalı benzin ölkəmizə Bolqarıstan, Belarus və Rumıniyadan idxal edilir.
 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...