Rusiyada azərbaycanlı qətlə yetirildi - VİDEO

Rusiyada azərbaycanlı qətlə yetirildi - VİDEO
 Rusiyanın Naro-Fominsk şəhərində Azərbaycan əsilli orta yaşlı şəxs qətlə yetirilib.

Sfera.az xəbər verir ki, öldürülən şəxsin Kalujski vilayətində yaşayan 36 yaşlı X.Nərimanov olduğu müəyyən edilib.

Noyabrın 13-ü günorta saatlarında "Porsche" markalı avtomobilin sürücüsü yaralını xəstəxanaya gətirərək oradan uzaqlaşıb.

Əvvəlcə kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilsə də, sonradan həkimlər onun bədənində bıçaq yaraları aşkar ediblər.

"Növbətçi hissəyə xəstəxanadan tibb müəssisəsinə kəsilmiş-deşilmiş yaralar alan 81-ci il təvəllüdlü şəxsin gətirildiyi məlumat verilib. Faktla bağlı araşdırma aparılır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Hazırda istintaq qrupu sürücü və hadisədə əli olan digər mümkün şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirir. (Report)


 


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...