Azərbaycanın qırmızı xəttlə axtardığı şəxs tutuldu

Hadisə
17:29 / 10.11.2017
1234
Azərbaycan dövlətinin "İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.
Sfera.az "Report”a isitinadən xəbər verir ki, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.
Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.