Arvadını başqa kişi ilə yataq otağında tutdu və ... - Salyanda

Arvadını başqa kişi ilə yataq otağında tutdu və ... - Salyanda
 Şirvan Apellyasiya Məhkəməsində Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Quliyev Məmmədağa Rahib oğlunun apellyasiya şikayəti qismən təmin edilib.
 
Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək həbs müddəti 1 il azaldılıb. Onun qardaşı Quliyev Zaur Rahib oğlunun isə apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında 1983-cü il təvəllüdlü Quliyev Məmmədağa Rahib oğlu   həyat yoldaşı, Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Gülşən Feyziyevanı qısqanclıq zəminində boğaraq öldürüb.  
 
İlk əvvəl Gülşən Feyziyevanın xəstəlikdən (qıcolmadan) vəfat etdiyi bildirilsə də, sonradan Salyan Rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində onun həyat yoldaşı Məmmədağa Quliyev tərəfindən qətlə yetirildiyi məlum olub. 26 yaşlı qadının meyiti eksqumasiya edilib və ekspertizadan keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, qadın əllə boğularaq qətlə yetirilib.
 
İş üzrə təqsirləndirilən digər şəxs - M.Quliyevin qardaşı Zaur Quliyevin həmin ilin oktyabrın 4-də  mərhum Gülşən Feyziyeva ilə bir otaqda tutduğu Salyan sakini, 1994-cü il təvəllüdlü Nurlan Nuralı oğlu Xankişiyevi bıçaqladığı qeyd olunur. Qardaşının çağırışı ilə həmin gün Bakıdan evə dönən M.Quliyevin həyat yoldaşını boğaraq qətlə yetirməsinə məhz bu olay səbəb olub.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev Məmmədağa Rahib oğlu 16 il, qardaşı Quliyev Zaur Rahib oğlu isə 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

///Apa

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...