BANM-in tədqiqat mərkəzinə rəhbər təyin olundu

BANM-in tədqiqat mərkəzinə rəhbər təyin olundu

Bakı Ali Neft Məktəbində (BANM) müasir ixtisaslar üzrə mütəxəssis hazırlığını və aktual mövzular üzrə elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə yaradılan Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə Böyük Britaniyanın London İmperial Kollecinin məzunu Sənan Eminov müdir təyin olunub.

O bu yaxınlarda London İmperial Kollecdə doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.

Sənan Eminov 1987-ci ildə Bərdə rayonunda anadan olub. Orta məktəbə Bərdə şəhəri 3 saylı orta məktəbdə başlayıb, sonra təhsilini Mingəçevir Özəl Türk Liseyində davam etdirib. O, 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb, 2005-ci ildə Tayvanda keçirilən 37-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək qızıl medala sahib çıxıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, sözügedən mərkəzə rəhbər təyin olunub.


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...