Bu metro stansiyaların adı dəyişdirilib (SİYAHI)

Bu metro stansiyaların adı dəyişdirilib (SİYAHI)
 Bakı metro ilk dəfə 1967-ci il 6 noyabrda fəaliyyətə başlayıb. Rəsmi şəkildə isə metropolitençilər bu gün peşə bayramlarını qeyd edirlər. Yarım əsrdir fəaliyyət göstərən Bakı metrosunun bu gün 25 işlək, 5 tikilməkdə olan stansiyası mövcuddur. İlk fəaliyyətə başladığı illərdə metronun 5 stansiyası – "Bakı Soveti”, "26 Bakı Komissarı”, "28 Aprel”, "Gənclik” və "Nəriman Nərimanov” stansiyaları fəaliyyət göstərib.

Zamanla yeni stansiyalar açılıb və daha başqa dəyişikliklər də olub ki, bu gün də onların şahidi oluruq. Bakı metrosunda zamanla dəyişikliyə məruz qalan həm də stasiyaların adları olub. İlk vaxtlar başqa adlarla fəaliyyətə başlayan stansiyalar sonradan adlarını dəyişib.

Sfera.az axar.az-a istinadən xəbər verir ki, müəyyən səbəblər üzündən zamanla adları dəyişdirilən stansiyalardan biri də indiki "20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar”la əvəzlənib.

İndiki "28 May” stansiyası Bakı Metrosunun ilk fəaliyyətə başladığı ildə "28 Aprel” adlanıb. Bu stasiyanın adı 9 aprel 1992-ci il tarixində dəyişdirilib.

Növbəti belə stansiyalardan biri də indiki "Qarar Qarayev”dir. 1972-ci ildən fəaliyyətə başlayan stansiyanın ilk vaxtlar adı "Avrora" stansiyası olub. 27 aprel 1992-ci ildən isə stansiyanın adı indiki adla əvəzlənib.

"Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib.

"26 Bakı Komissarı" stansiyasının adı 9 aprel 1992-ci ildə "Sahil”ə dəyişdirilib.

"Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.

OXŞAR XƏBƏRLƏR

İstanbulda zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.   Məlumata görə, yerli saatla 23:...

Bütün dünyada manşetlərə çevrildi: Aşpaz öldürdüyü adamı xüsusi texnika ilə bişirdi

Fransada gedən məhkəmədə ortaya çıxan hadisə bütün dünyada trend mövzusuna çevrilib. Fransız aşpaz Philippe Schneider (Filip Şnayder) məhkəmədə etiraf edib ki, ...

Keyt Uinsletin qızı ilk dəfə Kann kinofestivalında göründü - FOTOLAR

Oskar mükafatlı britaniyalı aktrisa Keyt Uinsletin qızı, 24 yaşlı Mia Threapleton anasının yolu ilə gedib və özünü kinoya həsr etmək qərarına gəlib. Qız ilk dəf...

Rusiyada “Harri Potter” qadağan edilir: Niyə Makqonaqalı sevmirlər?

Rusiyada senzuranın yeni dalğası barədə məlumat yayılıb. Belə ki, sentyabrın 1-dən Rusiya Federasiyasında Roskomnadzorun qərarı qüvvəyə minəcək. Qərara əsasən, ...

ChatGPT ilə birgə planlaşdırıb: 16 yaşlı şagird məktəbdə 3 qızı bıçaqlayıb

Finlandiyada bıçaqlı hücumun görüntüləri bütün dünyada manşetlərə çevrilib. 16 yaşlı oğlan şagird sosial şəbəkədə paylaşım edərək məktəbdə 3 qız şagirdə bıçaqla...

Rubio Xəzər interkonnektorundan danışdı

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.   Sfera.az xəbər veri...