Dekan müavini ilə məhkəmədə çəkişən tələbə ölkəyə qayıdanda saxlanıldı və...

Dekan müavini ilə məhkəmədə çəkişən tələbə ölkəyə qayıdanda saxlanıldı və...
 Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsinin növbəti məhkəmə prosesi keçirilib. Bur müddət əvvəl ölkəni tərk edən tələbə geri qayıdıb.

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin, həmin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb. Prosesdə məlum olub ki, Zəka Mirağayev Gürcüstandan Bakıya qayıdarkən saxlanılıb və polisə təhvil verilib. Bir müddət sonra isə buraxılıb. Tələbə Z.Mirağayev məhkəməyə gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı.

Bu gün baş tutan məhkəmədə tələbənin vəkili Elçin Sadıqov çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs haqqında cinayət təqibinə xitam verilməsini istəyib: "Qarşı tərəf fakültədəki neqativ hallar haqda fevralda mətbuatda dərc olunmuş məqalənin Zəka Mirağayev tərəfindən yazıldığını sübut edə bilmədi. "Kanal-13”-də fakültədəki korrupsiya, Nigar İsmayılzadə haqqında səslənən fikirlər isə qiymətləndirici mülahizələrdir. Zəka Mirağayevə qarşı başlanmış bu iş həm də Avropa Konvensiyasının ifadə azadlığına təminat verən 10-cu maddəsinin pozulmasıdır”.

Tələbə də məhkəmədə son sözünü deyib. O, bildirib ki, mətbuata açıqlamarından öncə fakültənin tələbələri orada baş verənlər, o cümlədən korrupsiya halları haqda məktubla dövlət başçısına müraciət ediblər.

Tələbə deyib ki, şikayətlərdən sonra BDU daxilində yaradılmış komissiya da fakültədəki pozuntuları qeydə alıb: "Həmin pozuntular komissiyanın rəyində də var. Mən fakültədəki korrupsiyanın araşdırılması üçün hüquq-mühafizə orqanlarına, Baş Prokurorluğa müraciət elədim, amma araşdırmadılar. Baş Prokurorluqdan bir-birinə zidd iki məktub göndərdilər. Birində yazdılar ki, müraciətim araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. O birisində yazdılar ki, Təhsil Nazirliyinə göndərilib. Son nəticədə də ümumiyyətlə, heç nəyi araşdırmadılar. Mən gühansızam. Məhkəmədən bəraət hökmü çıxarılmasını istəyirəm".

Məhkəmənin hökmü noyabrın 8-də elan olunacaq.

Xatırladaq ki, Zəka Mirağayev məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etmişdi.

Qeyd edək ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı "anaxeber” saytında yer almış yazıdakı "Nigar İsmayılzadə "İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...