10 yaşlı oğlunu öldürən atanın qandonduran ifadəsi: "Dedi ki, "Ata, anamı çılpaq kişiylə gördüm"" - FOTO

10 yaşlı oğlunu öldürən atanın qandonduran ifadəsi:
 Sfera.az xəbər verir ki, ötən gecə Türkiyədə qandonduran qətl hadisəsi baş verib. Belə ki, ata 10 yaşlı oğlunu vəhşicəsinə qətlə yetirib.

İstanbul ötən axşam inanılmaz bir vəhşiliyə səhnə olub. Həyat yoldaşı Neriman T.-ilə ayrı yaşayan Nezir T. uzun müddətdir görmədiyi 10 yaşlı oğlu Yiğitcanı həftə sonu görmək üçün nənəsindən alıb. Nezir T. həmin axşamı Nəriman T.yə zəng edərək "Oğlunu öldürdüm, gəl apar” deyib və telefonu söndürüb. Polis evdə bıçaqlanaraq öldürülmüş Yiğitcanın cansız bədənini tapıb.

Əvvəlcə qaçan, bir neçə saat sonra da polisə təslim olan cani "Arvadım xəyanət etdi” ssenarisiylə özünü müdafiə edib. Cani atanın ilk özünümüdafiə nitqi isə hər kəsi şoka edib: "Yiğitcan mənə, "Ata tualetə duranda anamı biriylə çılpaq gördüm” dedi. Dəliyə döndüm. Oğlumu öldürüb anasına zəng etdim, uşağı götürməsini dedim”. Sorğunun ardından ədliyyəyə sövq edilən şübhəli "qəsdən adam öldürmək” cinayətindən həbs olunub.

Şübhəlinin 1.5 ay əvvəl də oğlunu öldürmək istədiyi, uşağı polisin xilas etdiyi bildirilir. İddiaya görə, ata 15 sentyabrda oğlunu qaçırıb. Ana bunun ardından dərhal polisə xəbər verib Uşağı almaq üçün evə gedən polisə müqavimət göstərən ata qapını kilidləyərək qazı açıb, "Yaxınlaşsanız uşağı öldürərəm” deyərək polisləri təhdid etməyə başlayıb. Anaya isə oğlunun ağlayarkən qeyd etdiyi səsini və fotosunu göndərib. Qapını qıraraq evə girən polislər uşağı xilas etməyə müvəffəq olub. Sonra ananın müraciəti ilə ataya uzaqlaşdırma qərarı verilib.

Talesiz uşağın cansız bədənini dayısı təslim alıb. Bacısı oğlunun göz görə-görə öldürüldüyünü qeyd edən dayı bunları deyib: "Hadisə açıq-açıq gəlirəm dedi. Təhdid edirdi. Bir il əvvəl türmədən çıxdı. Qardaşımla evli olduğu gündən bu yana həmişə şiddət tətbiq edib. Yiğitcanın yanında bacıma zəng edib "Övladımla körpüdən tullanacağıq demişdi. Yiğitcan bunu eşidəndə evdən qaçıb yanıma gəldi. Bu qədər hadisəyə baxmayaraq, necə oldusa yenə qarşımıza çıxdı”.A24.az

Uşağı əvvəlki gün atasına verən nənə Səlimə D. isə çox kədərli olduğunu söyləyib: "Öz əllərimlə nəvəmi o caniyə təslim etdim. Çox təəssüf. Ağlımdan çıxmır. Əllərim qırılsaydı da verməsəydim”.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...