Türkiyədə əməliyyat: "Lənkəranski"nin qardaşını öldürmək üçün göndərilən iki azərbaycanlı ələ keçdi - TƏFƏRRÜATLAR

Türkiyədə əməliyyat:
 

Ötən axşam İstanbulun Bahçelievlerdə yüzlərlə insanın olduğu alışveriş mərkəzinin boşaldılmasına səbəb olan şəbəkə əməliyyatının detalları ortaya çıxıb.

"A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Azərbaycandan gələn iki Azərbaycan vətəndaşının "Şirinlər şəbəkəsi” ilə azərbaycanlı iş adamlarının öldürülməsi üçün ticarət mərkəzində yemək masası ətrafında toplaşdıqları barədə məlumat əldə edib.

Xəbəri alan Xüsusi Əməliyyat qruplarının da iştirak etdiyi İstanbul Polis İdarəsi ilk növbədə ticarət mərkəzini blokadaya alıb. Şəbəkənin iclas etdiyi restoran nəzarət altında alınaraq, əməliyyat qrupu vətəndaşları təşvişə salmadan çölə çıxartmağa nail olub. Bütün müştərilər evakuasiya edildikdən sonra qapılar bağlanıb.

Əməliyyat qrupu ani basqın edərək şəbəkə üzvlərini qarşıdurmaya imkan vermədən nəzarətə alıb. Bir güllə belə atılmadan həyata keçirirlən əməliyyat zamanı şəbəkənin bəzi üzvlərinin qaçdığı məlum olub. Lakin daha sonra onlar da yaxalanıb.

"Şirinlər şəbəkəsi”nin lideri Mex olaraq tanınan Mehmet Sabri Ş.-nın adamları və Azərbaycan əsilli Orxan İ. və Camal H.-nın da olduğu 13 nəfər saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin üzərindən 9 ədəd tapanca və çoxlu sayda güllə götürülüb.

TƏLİMAT AZƏRBAYCAN MAFİYASINDAN GƏLİB…

Polisin əldə etdiyi məlumata görə, keçirilən iclasda azərbaycanlı bir iş adamına qarşı sui-qəsd planlaşdırılırmış.

İddialara görə, ötən ay Azərbaycanda həbsxanadan çıxan mafiya lideri N.S. ötən ilin avqust ayında Beşiktaşda açılan atəş nəticəsində öldürülən "Lənkəranski” ləqəbli Rövşən Canıyevin qardaşı Rahib Canıyevin öldürülməsi üçün 2 adamını İstanbula göndərib. Orxan İ. və Camal H. Canıyevin öldürülməsi üçün "Şirinlər şəbəkəsi” ilə əlaqə yaradıb.  İki şəbəkə planı müzakirə etmək üçün alışveriş mərkəzində görüşüblər.

Qeyd edək ki, Azərbaycanda "Lənkəranski” ləqəbi ilə məşhur olan Rövşən Canıyevin İstanbuldan göndərilən cənazəsini Azərbaycandan 50 min nəfər qarşılamışdı.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...