Bakıda qəssab səsi çıxmasın deyə inəyin ağzını “skoçla” bağladı (VİDEO)

Bakıda qəssab səsi çıxmasın deyə inəyin ağzını “skoçla” bağladı (VİDEO)
 Bakının Nərimanov rayonu, Təbriz küçəsi 23-27 ünvanında yerləşən qəssabxanada inəyin səsi ətrafı bürüdüyündən onun ağzını yapışqan lentlə bağlayıblar.
Sfera.az  Xəzər TV-yə istinadən məlumatına görə, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsindən sakinlərdən birinin çəkdiyi fotolarda inəyin ağzının yapışqan lentlə bağlandığı görünür. 

Sosial şəbəkələrdə bu fotoları paylaşan sakin bildirib ki, qəssab səhər kəsəcəyi heyvanı axşamdan dirəyə çox sərt şəkildə bağlayıb. Heyvanın başı çox aşağı, ipi isə dar olduğundan inək əziyyət çəkib və səhərə qədər böyürüb. Səsdən narahat olan sakinlər şikayət etdikdə isə qəssab çıxış yolu kimi inəyin ağzını yapışqan lentlə bağlamaqda görüb.

Bu vəziyyət isə heyvanın ikiqat əziyyət çəkməsi deməkdir. Çünki dirəyə sərt şəkildə bağlanan inək səsini də çıxara bilməyib. 

Məsələ ilə bağlı obyektin satıcısı Beyrək Abbasov qəssabın bu işi gördüyünü təsdiqləyib.

Qeyd etmək lazımdır ki, kəsiləcək heyvanın belə əziyyətə məruz qalması onun əzələlərində və digər orqanlarda stress hormonlarını çoxaldır. Bu isə ətin keyfiyyətinə neqativ təsir edə və həmin əti yeyən insan üçün zərərli ola bilər. 

Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana rəisi Zahid Nəsibli bildirib ki, kəsiləcək heyvanı bu cür əziyyətə məruz qoyan şəxsi 200 manatdan 500 manata qədər cərimə gözləyir.



OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...