Qızılın ucuzlaşması davam edəcək

Qızılın ucuzlaşması davam edəcək
 Dünya bazarında qızılın qiymətində geriləmənin davam etməsi gözlənilir.

Sfera.az "Report"a istinadən xəbər verir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini yüksəltməsi və balansını tədricən azaltması ilə bağlı gözləntilər amili göstərilir. Qeyd edək ki, qızıl heç bir faiz gəliri gətirməyən, lakin risksiz maliyyə aktivi kimi qəbul olunur. İqtisadi artımın yüksək olduğu və dünyada geosiyasi gərginliyin olmadığı zamanlar qızıla tələbat azalır.

Analitik qrup bildirir ki, 2018-ci ildə FED uçot dərəcəsini daha sürətlə artıracaq. Buna səbəb, ABŞ-da işsizliyin düşməsi, inflyasiyanın sürətlənməsi və iqtisadi artımın yüksəlməsi olacaq. Uçot dərəcəsində artım isə, öz növbəsində, qızıl aktivlərinin ucuzlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, qızıl hazırda 1 275 dollar/unsiyaya satılır. Bu da ilin əvvəli ilə müqayisədə 125 dollar/unsiya və ya 11%-ə yaxın çoxdur. Bu səbəbdən yaxın günlərdən etibarən qızılın 6,6% və ya 1 190 dollar/unsiya səviyyəsinə doğru ucuzlaşması proqnozlaşdırılır. 

"Texniki təhlillər qızılda bu ilin sonuna qədər 1 190 dollar/unsiya səviyyəsini dəstək kimi göstərir. Üst limit isə 1 240 dollar/unsiya səviyyəsidir. Qızılın qiymətinin 2018-ci ilin ortalarına qədər bu diapazonda hərəkət etməsi, daha sonra isə ilk mərhələdə 1 040 dollar/unsiyaya, daha sonra 700-800 dollar/unsiyaya qədər düşməsi gözlənilir", - deyə analitiklər bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...

Rusiya rəsmiləri İstanbula gəldi -Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.     Sfera.az xəbə...

"And olsun Allaha, ən bahalı maşını o, sürür"

"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüm yoxdur. Başımda...

Qəzzada həlak olanların sayı AÇIQLANDI

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib...

Faciəvi şəkildə ölən 32 yaşlı Talehin FOTOSU

Mingəçevirdə faciəvi hadisə baş verib.     Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Kərimov Taleh Bünyamin...

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...