Koda düşən qaz sayğacını necə açmalı? - VİDEO

Koda düşən qaz sayğacını necə açmalı? -  VİDEO

Azeriqaz İB-i koda düşən qaz sayğaclarını açılmasını abonentlərə yönəldib.

Ani diqqətsizlik və ya istifadə qaydalarını bilməmək qaz smartkartının bloka düşməsinə səbəb olur. Bunu açmaq üçün isə ya qaz idarəsinə getməli ya da usta çağırmaq lazım gəlirdi. Ancaq indi bloka düşən kartı abonentlər özləri heç kimdən kömək almadan aça biləcəklər.

Qaz smartkartınız koda düşən zaman onu açmaq üçün qaz idarəsinə getməyə və ya usta çağırmağa ehtiyac qalmayıb. Çünki koda düşən smartkartı koddan elə abonentlər özləri asanlıqla çıxara bilərlər.

"Azəriqaz" istehsalat birliyi koda düşən smartkart tipli qaz sayğaclarının açılmasını abonentlərin öhdəsinə verib. Proses isə çox sadədir. Öncə bloka düşən karta ən azı 1 manat həcmində qaz yüklənilməlidir. Sonrakı proses isə qaz sayğacının üzərində icra olunur.

Bunu necə etməli?1. Smartkartınıza 1 azn pul yükləyirsiz. (Yüklədiyiniz 1azn xidmət haqqı deyil)

2. Sayğacın girişindəki krantı bağlayırsız

3. Kartı sayğaca daxil edirsiz. Ekranda sol tərəfdə “9” və “-----“ xətt olanda barmağınızı ilə “Göy” düyməni sıxırsız. Sonra ekrana “OP190” yazısı gələndə barmağınızı düymədən götürüsüz. Geriyə say başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə edirsiz.

Ümumilikdə isə bu ilin yayına olan məlumata görə, ölkə üzrə 900 mindən artıq abonent smartkart tipli sayğacla təmin edilib. Bu yenilik isə təxminən 4 milyondan çox vətəndaşın kartla bağlı yaranan probleminə çarə olub.


OXŞAR XƏBƏRLƏR