Türkiyə ŞOK-da: 29 yaşında milli karyerasını başa vurdu
Dünya
00:33 / 03.11.2017
1981
Dortmund "Borussiya”sının üzvü Nuri Şahin Türkiyə milli komandasında çıxışını başa vurduğunu açıqlayıb.
Sfera.az Apasport.az-a istinadən məlumatına görə, sosial şəbəkə hesabından açıqlama yayan yarımmüdafiəçi artıq milli ilə vidalaşmağın vaxtının çatdığını açıqlayıb.
Karyerasına Dortmund klubunda başlayan Nuri bir müddət "Feyenoord”da icarə əsasında çıxış etdikdən sonra yenidən "Borussiya”ya dönüb. Karyerasının zirvəsinə 2011-ci ildə "Real”a transfer olunmaqla çıxan Şahin Madriddə istədiyi kimi çıxış edə bilməyib. Əvvəlcə "Liverpul”a, ardınca doğma klubu "Borussiya”ya icarəyə verilən xavbek 2014-cü ildə yenidən daimi əsasda Dortmund klubu ilə müqavilə imzalayıb.
Türkiyə millisinin müxtəlif yaş qrupları ilə 100-dən çox oyuna çıxan Şahin 29 yaşında yığmadan getməyə qərar verib.