Sürücülərin nəzərinə - Bu yolda zəncirvari qəza olub, tıxac var

Sürücülərin nəzərinə - Bu yolda zəncirvari qəza olub, tıxac var
 Bir qədər əvvəl Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
Sfera.az xəbər verir ki, bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb:
"Sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələri tövsiyə olunur".

OXŞAR XƏBƏRLƏR