Məhbusların qaçması məsələsi nazirlikdə müzakirə olundu - Proseslə bağlı YENİ MƏLUMAT - VİDEO

Məhbusların qaçması məsələsi nazirlikdə müzakirə olundu - Proseslə bağlı YENİ MƏLUMAT - VİDEO
 Qaçmış məhbuslarla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib.

Sfera.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiyada məlumat verilib. Məlumatda bildirilib ki, 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş Bəhruz Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçan şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.

Bu arada, məhbusların qaçmasına yardım göstərdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.

Məhəmməd Hacıyevin sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib. "Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı". Hazırda Etibar Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Məhəmməd Hacıyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə daha iki nəfər - Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib. Bu gün sosial şəbəklərdə müğənni Fədayə Laçınla sevgilisi Etibar Məmmədovun görüntüləri əks olunan video yayılıb. Videoda müğənni sevgilisinə məşhur türk mahnısını ifa edir.

Həbs edilən müğənni Fədayə Laçının bacısı İlahə Fəda açıqlamasında bildirdi ki, hazırkı vəziyyətdə danışmaq istəmir. "İstintaq aparıldığı üçün heç bir məlumat verə bilmərəm. İstintaq bitsin, bacımın günahsız olduğu bilinsin, ondan sonra hamıya sözümü deyəcəm, açıqlamalar verəcəm. İndi hər hansı bir fikrim istintaqın gedişinə təsir edə bilər. Qanunlara zidd heç bir hərəkət etmək istəmirəm", - deyə İlahə Fəda bildirib. /xezerxeber.az


Məhbusların qaçması məsələsi nazirlikdə müzakirə olundu - Proseslə bağlı YENİ MƏLUMAT


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...