Eldar Mahmudovun “Dəmir” adamı tutuldu - “MTN işində” yeni detal

Eldar Mahmudovun “Dəmir” adamı tutuldu - “MTN işində” yeni detal
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub. 
Sfera.az aznews.az-a istinadən xəbər verir ki, “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dunyası”nın sahibidir –red.) olan “Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş. 
Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Dəmir” “əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Dəmirə” yönləndirilib. Bundan başqa həm də “Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş. 
Qeyd olunur ki, “Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...

Bu şəxslərin Azərbaycana girişi məhdudlaşdırıldı

Bu ilin ötən 9 ayı ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 5 683 nəfərə ölkə ərazisinə...