Göyçayın icra başçısının evini bir gecədə yandırdılar - Gizlədilən hadisənin TƏFƏRRÜATI

Göyçayın icra başçısının evini bir gecədə yandırdılar - Gizlədilən hadisənin TƏFƏRRÜATI
 Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərinin birinin kül olması ilə nəticələn müəmmalı yanğın haqda rayonda şayiələr gəzir; onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər

Oktyabrın  27-dən 28-nə keçən gecə Quba rayonunda dəhşətli yanğın olub. Qubanın sabiq icra başçısı Mübariz Ağayevin rayondakı evlərində birində  gecə saatlarında başlayan müəmmalı yanğın bir neçə saat davam edib.  Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb.

Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var. 2012-ci ilin mart hadisələrindən sonra Qubaya icra başçısı təyin edilən M.Ağayev rayonda heç üç il işləyə bilmədi, amma ondan narazılıqlar qalır, tikdirdiyi obyektlər və villalar haqda isə indiyədək də danışırlar. 

Yada salaq ki, Qubada 2012-ci ildə baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısı Rauf Həbibovun  yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsindən sonra baş vermişdi. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırmışdı. Belə bir gərgin vaxtda rayonun o zamankı kuratoru nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə (M.Ağayevlə sabiq nazir  bir rayondandır) rəhbər təyin edilən M.Ağayev isə etimadı doğrultmadı. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslı dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.

Onun rəhbərliyi dönəmində kütləvi etirazlar olmasa da, icra başçısının əhalinin deyil,  öz yaxın adamlarının  güzaranını fikirləşdiyi, rayon ərazisində  bir neçə yerdə villa tikdirdiyi xəbərləri mediada günlərlə müzakirə olunub. Ümumiyyətlə M.Ağayevin adı korrupsiyalaşmış məmurlar sırasında ön sıralarda çəkilib.

Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məlumatlar verilib. Qubanın problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda biznes obyektlərinin "göbələk” kimi artmasını da bilməyən yoxdur.

Təsadüfi  deyil ki, Z.Məmmədovun ən yaxın adamlarından biri kimi  tanınan M.Ağayev heç üç il keçməmiş icra başçısı vəzifəsindən azad edildi. 2015-ci ildə yenidən Göyçaya (o, 2006-2007-ci illərdə Göyçayın icra başçısı işləmişdi) rəhbər göndərilən M.Ağayev  bir il sonra  buradan da işdən çıxarıldı.

Ağayevin vəzifəsindən uzaqlaşdırılmasına əsas səbəb Ziya Məmmədovun "vurulması” və Göyçayla bağlı Prezident Administrasiyasına şikayətlərin çoxluğu ilə izah edilirdi. Onun Z.Məmmədovun qudasının rəhbəri olduğu Kənd Təsərrüfatı Nazirliyində nazir müavini təyin ediləcəyi deyilirdi. Çünki Azərbaycan Texnologiya İnstitutunu bitirən M.Ağayev ixtisasca texnoloqdur. Nazir müavini təyin edilməyən sabiq icra başçısına hansısa kiçik şöbə tapşırıldı.

Səhhətində problem olduğu deyilən M.Ağayev bir neçə ay əvvəl  Almaniyada  əməliyyat olunub. Hazırda harada olduğu barədə dəqiq bilgi yoxdur. Onun yanğının səhəri günü (oktyabrın 28-də) Qubaya getdiyi barədə  dəqiqləşməmiş xəbər var.     

 Yeni Müsavat


OXŞAR XƏBƏRLƏR

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...