Bakı bazarlarında qiymətlər düşdü

Bakı bazarlarında qiymətlər düşdü
 Virtualaz.org-da Bakıda sitrus meyvələrinin qiymətinin xeyli qalxması ilə bağlı məqalə işıq üzü görəndən sonra paytaxt market və bazarlarında qiymətlərin enməsi müşahidə olunur.
 
Monitorinq göstərib ki, Bakı supermarketlərində satılan Afrika ölkələrindən gətirilmiş sitrus meyvələrinin qiyməti 4,40 manatdan 3,70 manata enib. Türkiyə portağalının qiyməti isə 3,80 manatdan 2,80 manata düşüb.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, qiymətlərin aşağı düşməsinə səbəb meyvələrin ölkəmizə idxalının xeyli artmasıdır. Bakıda naringi, portağal, limon və qreypfrut tapmaq heç bir çətinlik törətmir.

"Bu il sitrus meyvələrində çatışmazlıq olmayacaq. Gömrük tərəfindən heç bir məhdudiyyət olmayıb. Sirtus meyvələrinin qiymətində eniş artıq başlayıb və alıcılar özləri də bunun şahididir”, - Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən həftə virtualaz.org Bakıda sitrus meyvələrinin xeyli bahalaşmasından yazmışdı. Orta hesabla meyvələrin qiyməti 50% qalxmışdı. Ekspertlər bu cür vəziyyəti bazarda inhisarçılıqla əlaqələndirmişdilər.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...