SSRİ-nin bərpası üçün hərəkat başlandı

SSRİ-nin bərpası üçün hərəkat başlandı

Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov SSRİ-nin dağılmasına səbəb olan qərarların qanunauyğunluğunun qiymətləndirilməsi və günahkarların istintaqa cəlb edilməsi xahişi ilə baş prokuror Yuri Çaykaya müraciət edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyinə Rusiya Baş prokurorluğundan bildirilib.

 

“Vahid Rusiya” Partiyasından olan deputat müraciətində xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını humanitar faciə adlandırıb. “Çünki 25 milyon etnik rus öz iradəsinin əksinə olaraq xaricdə qalıb. Dövlət başçısı da təsdiqləyib ki, SSRİ institutlarının dağıdılması kütləvi hüquqların və milyonlarla vətəndaşın azadlıqlarının pozulmasına gətirib çıxarıb.

 

Cari ilin iyul ayında Yevgeni Fyodorov və onun həmkarı Anton Romanov analoji müraciətlə Baş prokurorluğa müraciət etmişdilər. Deputatlar hesab edirlər ki, Baltikyanı respublikaların müstəqilliyini tanıyan SSRİ Dövlət Şurasının qərarı strateji əhəmiyyətli əraziləri ittifaqdan zorla qopardı, dəniz portları və akvatoriyaların itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağılmasına və Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb oldu. Müraciətin müəlliflər göstərirlər ki, Dövlət Şurası SSRİ-nin Konstitusiyasına lazımi dəyişikliklər edilmədən yaradıldığı üçün qeyri-konstitusiya dövlət hakimiyyəti orqanı idi.

 

Qeyd edək ki, SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci ildə yaradılmış müvəqqəti dövlət idarəetmə orqanı idi. Onun tərkibinə SSRİ prezidenti və müttəfiq respublikalarının ən yüksək vəzifəli şəxsləri daxil idi. Dövlət Şurasının yaradılması SSRİ Konstitusiyası ilə nəzərdə tutulmamışdı. 1991-ci ilin sentyabrında keçirilən ilk iclasda Dövlət Şurası Estoniya, Litva və Latviyanın müstəqilliyini tanıdı. Sovet İttifaqı isə 1991-ci ilin dekabrında dağılıb.

 

Baş prokurorluq isə Yevgeni Fyodorovun sorğusunu perspektivsiz hesab edir.


OXŞAR XƏBƏRLƏR

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...