Rusiyada adam ölürən şəxs 6 il sonra Bakıda tutuldu
Cəmiyyət
05:59 / 08.11.2015
1080
2009-cu ildən Rusiyada adam öldürməyə görə axtarılan azərbaycanlı Bakıda saxlanılıb.“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2009-cu il avqustun 12-dən Rusiya Federasiyasının 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda 1979-cu il təvəllüdlü Müqabil Abbasoylu saxlanılıb.Nərimanov rayonu ərazisində yerləşən ASAN xidmətə sənəd işlərini həll etmək üçün müraciət edən M.Abbasoylu mühafizə xidməti tərəfindən saxlanılıb.Qətldə təqsirləndirilən şəxs Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarına təhvil verilib.