Anasını öldürüb tualetdə basdıran oğul tutuldu

Anasını öldürüb tualetdə basdıran oğul tutuldu

Yevlax rayonunun Aşağı Bucaq kəndində anasını öldürüb, ayaqyolunda basdıran kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, sentyabr ayında Mingəçevir sakini, 37 yaşlı Musa Nəsirovun anası Ofeliya Abdullayevanı ailə münaqişəsi zəminində qətlə yetirdiyi üzə çıxıb.

Qadının itkin düşdüyü və ya öldürüldüyü barədə rayon Polis Şöbəsinə heç bir məlumat daxil olmayıb. 3 gün əvvəl M. Nəsirovun döydüyü həyat yoldaşı Ülkər Nəsirova iki övladı ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə ərindən şikayət edib. Qadın şikayət ərizəsində qayınanasının iki ay əvvəl itkin düşdüyünü, onun şəxsiyyət vəsiqəsi ilə pensiya kartının isə M. Nəsirovda olduğunu bildirib.

Polis şikayətlə bağlı araşdırma aparıb. Məlum olub ki, M. Nəsirov anasını öldürdükdən sonra həyətdəki köhnə tualet quyusunda basdırıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Ofeliya Abdullayeva birinci əri öldükdən sonra azyaşlı uşaqlarını qoyub başqasına qoşularaq rayondan gedib. İllər sonra ikinci əri də ölən qadın payına düşən mirasını götürərək 2015-ci ilin avqust ayında birinci ərindən olan oğlunun evinə köçüb.

O. Abdullayevanın 10 uşağı var. Onun yoxa çıxması barədə yaxınları polisə heç bir məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirildi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.   Sfera.az xəbər verir ki, iclasda audiov...

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...