Rafael Dadaşovdan qızının ər davasına MÜNASİBƏT: "Özü bilər" - FOTO

Rafael Dadaşovdan qızının ər davasına MÜNASİBƏT:  "Özü bilər" - FOTO

Xalq artisti Rafeal Dadaşov qızı Səidə Dadaşovanın ailə qalmaqalına münasibət bildirib. Azadqadin.az bildirir ki, lent.az-a açıqlama verən xalq artisti deyib ki, qızının ailəsi ilə bağlı açıqlama vermək hüququna malik deyil: "Mən qızımın şəxsi həyatı barədə heç nə deyə bilmərəm. Qızım özü bilər. Onun işinə qarışa bilmərəm. Özləri problemlərini həll edirlər. Mən yox".

Qeyd edək ki, S.Dadaşova açıqlamasında bildirmişdi ki, ikinci dəfə ərə gedib və uşaq dünyaya gətirib. Bu gün isə S.Dadaşovanın ailə qurduğu Məhəmməd adlı bəyin birinci həyat yoldaşı Aysel adlı xanım big.az-a açıqlama verərək bildirib ki, müğənni onun ailəsini dağıdıb: "Məhəmməd Səidənin sürücüsü işləyirdi. Ürəyiniz nə vaxt istəsə, mən sizə nikah kağızımı, ailə fotolarımı yollayım. Lap Məhəmmədin öz bacılarını, kimi istəyirsiniz, gətirim, özünüz soruşun. Nikahlı həyat yoldaşımdan uşaq peydahlayıb. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Səidə yüngül həyat tərzi sürən qadındır. Mənim səviyyəmə yaraşmaz onun haqqında danışım. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdır, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salarmı?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq həyata gətirər?! Düzdür, onlar üçün evli adamla əlaqə yaratmaq adi bir şeydir, amma mənə qəribə gəlir".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...