MTN-in daha üç əməkdaşı həbs olundu
Cəmiyyət
22:15 / 07.11.2015
1091
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub.Virtualaz.org-a bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sfera.az