Türkiyəyə ərə gedən sumqayıtlı qadına qaynı göz dikdi, əri bıçaqladı, sığındığı kişi boşadı – RƏZALƏT/VİDEO

Türkiyəyə ərə gedən sumqayıtlı qadına qaynı göz dikdi, əri bıçaqladı, sığındığı kişi boşadı – RƏZALƏT/VİDEO
 Türkiyə vətəndaşına ərə gedən azərbaycanlı qadına qaynı göz dikib.

26 yaşlı Məleykə Sumqayıtda doğulub. 7 yaşından Rusiyada yaşayıb. 18 yaşında isə Türkiyənin Kayseri şəhərinə, xalasının yanına gedib. Elə orda da ailə qurub.

Birgə nikahdan onların 2 qız övladı doğulub. Ailə qurarkən 15 yaşında olan qaynı əsgərlikdən gəldikdən sonra qadının namusuna göz dikib.

Baş verənləri ailəsinə danışan qadına evdə heç kəs inanmayıb. Qayınanası onu boşanmaq adıyla oğluna şər artmaqda günahlandırıb. Baş verənlər onun ailə münasibətlərinin pozulması ilə nəticələnib. Əri qadını hər yerdə qısqanmağa başlayıb. Məleykə ayrılmaq qərarına gəldikdə isə əri tərəfindən bıçaqlanıb.

Ərini polisə şikayət edən qadın, sağlamlığına qovuşduqdan sonra iş yoldaşıyla vətəndaş nikahında yaşayıb. Onun hamilə olduğunu bilən kişi qadından imtina edib. Sənədləri qaydasında olmadığından Məleykə Türkiyədən deportasiya edilib. Bir ay əvvəl isə 3-cü dəfə qız anası olub.

Üç qardaşın bir bacısı olan Məleykəyə ailəsi sahib çıxmadığından o, "Təmiz Dünya” qadın sığınacağına üz tutub.

Qadın birinci ərinin həbs olunması üçün Türkiyəyə getməli olduğunu deyir. Lakin 8 ay sonra cərimə miqdarını ödədikdən sonra Türkiyəyə qayıda bilər. 5 və 4 yaşlı qızlarını görməyən qadın onlar üçün göz yaşı tökür. O, səbirsizliklə hər üç övladıyla birgə yaşayacağı günü gözləyir.

Sfera.az Xezerxeber-in mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...