Neft yeniden bahalaşdı: Son qiymət

22:58 / 17.10.2017
947
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 58,94 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,57 dollar/barel çoxdur.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 58,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 16-da 55,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 16-da 57,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.