Paytaxtın iki rayonu susuz qaldı

Hadisə
19:41 / 17.10.2017
1282
Bakı şəhərində 500 mm-lik magistral su kəmərində qəza baş verib.
Bu barədə Oxu.Az-a "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının su ilə təchizatında fasilə yaranıb.
Problemin yaxın saatlarda aradan qaldırılacağı bildirilir.
Sfera.az