Azərbaycanlı milyonçunun 1.4 milyardlıq oteli batır: suyu da kəsildi

Sfera.az "Qaynarinfo"-ya istinadla xəbər verir ki, bir vaxtlar Antalyanın ən məşhur otellirindən olan "Mardan Palace" turizm mövsümünün ən qaynar dövrü hesab olunan avqust ayında təmirə dayanan otelin bu dəfə suyu kəsilib.
Məlumata görə, otelin təxminən 2 milyon lirə su borcu var. Bu səbəbdən Antalya Su İdarəsi 15 gün əvvəl "Mardan Palace"nin suyunu kəsib.
Qeyd edək ki, avqust ayından sifarişləri dayandıran otel hələ də müştəri qəbul etmir. "Mardan Palace" rəsmi internet saytı vasitəsi ilə etdiyi otaq satışlarını tamamilə dayandırıb. Sayt vasitəsi ilə rezervasiya etmək istəyənlər "Axtardığınız kriteriyalara uyğun otaq tapılmayıb" xəbərdarlığı ilə üzləşir.
"Mardan Palace" 2010-cu ildə "Dünyanın ən lüks oteli" mükafatına sahib çıxmışdı. Dolmabahçe Sarayı, Kuleli Askeri Liseyi formasında inşa olunmuş, Qalata kürpüsünə və Qız Qalasına bənzərliyi ilə seçilən otelin tikintisinə Telman İsmayılov 1,5 miyard dollar xərcləyib. Bu günə qədər oteldə Şaron Stoun, Riçard Qere, Paris Hilton, Mariah Karey, Monika Belluci kimi ulduzlar otelin qonağı olub.
Sfera.az