Anasını öldürərək tualet quyusunda basdıran oğul – VİDEO

Anasını öldürərək tualet quyusunda basdıran oğul –  VİDEO
Yevlax rayonunda anasını öldürən oğulun əməlinin üstü açılıb.

Məlum olub ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirov indiyədək itkin düşdüyü bildirilən anası, 63 yaşlı Ofeliya Abdullayevanı qətlə yetirərək həyətindəki tualet quyusunda basdırıb.

Sfera.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, iki ay əvvəl Musa Nəsirov həyat yoldaşı Ülkəri əmisi oğlunun toy mərasiminə aparıb. Həmin gecə də ailə üzvlərinin evdə olmamasından istifadə edərək, hadisəni törədib.

Ötən müddətdə Musa Nəsirovun özünü şübhəli aparması, 3 gün öncə isə anasına məxsus şəxsiyyət vəsiqəsinin, pensiya kartının onun üzərindən çıxması həyat yoldaşında şübhə yaradıb. Həyat yoldaşının suallarına cavab verməyən Musa Nəsirov onu döyüb.

Bundan sonra Ülkərin valideynləri polisə gələrək Ofeliya Abdullayevanın itkin düşməsində kürəkənləri olan Musa Nəsirovdan şübhələndiklərini bildiriblər. Hadisə yerinə gələn polis əməkdaşları meyitin həyətdəki tualet quyusunda basdırıldığını aşkar ediblər.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır. Qeyd edək ki, Ofeliya Abdullayeva 10 uşaq anasıdır.

Anasını öldürən Musa Nəsirovun görüntüsü əksini tapan videonu təqdim edirik.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətində...