Ata və oğul faciəli şəkildə öldü
Cəmiyyət
12:28 / 07.11.2015
1334
Naxçıvanda faciəli hadisə baş verib. APA-nın məlumatına görə, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb. Noyabrın 6-da Arpaçayın Çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar.Faktla bağlı araşdırma aparılır.