Vergi ödəyicilərinin diqqətinə!

Vergi ödəyicilərinin diqqətinə!
Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vergi öhdəliklərinin icra edilməsinin təkmilləşdirilməsi nazirliyin daim diqqətdə saxladığı məsələlərdəndir. Nazirlik istər könüllü əməletmə səviyyəsinin yüksəldilməsi, istərsə də vergi borclarının alınması ilə bağlı mövcud qanunvericilikdəki bütün stimullaşdırıcı müddəalardan yararlanmağa üstünlük verir. İlk növbədə vergi borcunun yaranma səbəbləri araşdırılır, borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinin imkanları dəyərləndirilir və borcun yönəldilməsi üçün mənbələr dəqiqləşdirilir. Nazirlikdə borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılıb və həmin ödəyicilər müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə bölüşdürülüb. Bu məlumat bazasının yaradılması vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, borclu vergi ödəyicilərinin müvafiq risk qruplarına ayrılması isə görülmüş və görüləcək işlərə nəzarətin daha da səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.

Mövcud qanunvericilik vergi ödəyicisinə vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət etmək hüququ verir. Belə ki, vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətini vergi ili ərzində 1 aydan 9 ayadək uzada bilər. Bundan başqa, 2013-cü il yanvarın 1-dən vergi ödəyicilərinin “Vergi partnyorluğu sazişi”nin bağlanılması üçün vergi orqanlarına müraciət etmək hüququ təsbit olunub. Vergi orqanları ilə vergi ödəyiciləri arasında bağlanmış “Vergi partnyorluğu sazişi” vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanılmış niyyət razılaşması olmaqla yanaşı, vergi ödəyicilərinə bir sıra üstünlüklər də verir. Bu sazişi bağlamaq istəyən vergi ödəyiciləri öncə büdcə qarşısında bütün vergi öhdəliklərini yerinə yetirməlidirlər.

Artıq bir müddətdir vergi borcları barədə məlumatların vergi ödəyicilərinə çatdırılması üçün bir sıra vasitələrdən istifadə edilir. Vergi ödəyicilərinə bildiriş və xəbərdarlıqların göndərilməsi ilə yanaşı, onların vergi orqanlarında olan mobil telefon nömrələrinə borc məbləğləri barədə qısa mesajlar göndərilir. Bununla da vergi borcu barədə məlumatın vergi ödəyicisinə vaxtında çatdırılması vergi borclarının operativ qaydada alınmasına kömək göstərir.

Hazırda vergi borclarının azaldılması üçün stimullaşdırıcı tədbirlərin siyahısını genişləndirmək məqsədilə mövcud beynəlxalq təcrübə araşdırılır. Gələcəkdə bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi istisna olunmur. /azertag.az/

OXŞAR XƏBƏRLƏR

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...

Bu şəxslərin Azərbaycana girişi məhdudlaşdırıldı

Bu ilin ötən 9 ayı ərzində İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 5 683 nəfərə ölkə ərazisinə...