Yıldırımın İraq səfəri təxirə salındı

Dünya
15:27 / 14.10.2017
1110
Türkiyə Baş naziri Binəli Yıldırımın İraq səfəri təxirə salınıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfərin gərgin iş qrafikinə görə təxirə salındığı bildirilsə də, hansı tarixdə baş tutacağı açıqlanmayıb.
Qeyd edək ki, Yıldırımın oktyabrın 15-i İraqda Baş nazir Heydər Abadi ilə görüşəcəyi açıqlanmışdı. Tərəflərin İraq Kürd Muxtariyyətinin keçirdiyi referendum və Başikada türk əsgərlərinin varlığı ilə bağlı müzakirələr aparacağı deyilirdi.
Sfera.az