Mübariz İbrahimovun dəfn edildiyi gün - VİDEO

Mübariz İbrahimovun dəfn edildiyi gün -  VİDEO
 Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub.
 
1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.
 
Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət 2010-cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. Çox çəkmir ki,uzun müddət düşündüyü, arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.
 
Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan  çox əsgər və zabitini məhv etmişdir.
 
Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçmişdir. Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır. Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! 
Azərbaycan milli qəhrəmanıdır.(atv.az)

OXŞAR XƏBƏRLƏR

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A&rdq...

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...