Ərdoğan məğlub olmaqdansa... – ŞOK PROQNOZ
“Ərdoğan Suriyaya müdaxilə edə bilər”.
Publika.az xəbər verir ki, bu iddia ilə "“The İndependent" qəzetinin Yaxın Şərq üzrə
ixtisaslaşan müxbiri Patrik Kokbörn çıxış edib.
Suriyadakı tarazlığın Əsədin lehinə dəyişdiyini, kürdlərin isə Türkiyə sərhədini ələ
keçirmək üzrə olduğunu yazan müxbir hesab edir ki, prezident Rəcəb Tayyib Ərdoğan
məğlub olmaqdansa, müdaxiləni seçə bilər.
Onun sözlərinə görə, Su-24 təyyarəsinin vurulmasından bir ay əvvəl – 2015-ci ilin
oktyabr ayında Rusiya hərbi kəşfiyyatı prezident Vladimir Putini Türkiyə ilə bağlı
xəbərdar edib. Lakin Putin bu xəbərdarlığı diqqətə almayıb.
“Koreya müharibəsindən bu yana ilk dəfə bir rus döyüş təyyarəsi NATO-ya bağlı hərbi
güc tərəfindən vuruldu. Bu hadisə əhəmiyyətli idi. Çünki, hadisə Türkiyənin Suriyada
mövqeyini qorumaq üçün nə qədər irəli gedə biləcəyini göstərdi. Qarşıdakı bir neçə
ay ərzində baş verəcək hadisələr Suriyada uzunmüddətli qalibin kim olacağını müəyyənləşdirəcək.
Bəşər Əsədin gücləri rus çətiri altında bir neçə cəbhədə irəliləyib. Rəcəb Tayyib
Ərdoğanın Əsədin devrilməsi ilə bağlı planı isə məğlubiyyətlə üz-üzədir”, - xəbərdə deyilir.