Əliyev “Böyük iyirmilik”də - Ərdoğandan şəxsi dəvət

Əliyev “Böyük iyirmilik”də -  Ərdoğandan şəxsi dəvət

Prezident İlham Əliyev Türkiyədə keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak edəcək.

Sfera.az ans press-ə istinadən məlumatına görə, Antalyanın turizm mərkəzi hesab edilən Belek rayonunda noyabrın 15-16-da keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak edəcək dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkə lideri və Avropa Birliyindən (AB) başqa bir sıra dövlət başçıları da zirvəyə dəvət olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak etmək üçün prezident İlham Əliyevə də dəvət göndərib.

Sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland, Almaniya kansleri Angela Merkel, Səudiyyə ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə və Böyük Britaniyanın baş nazirləri Əhməd Davudoğlu, Devid Kemeron, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqaları iştirak edəcək.

Sammit zamanı təhlükəsizliyin təmin olunması üçün 12 min polis iş başında olacaq.

Qeyd edək ki, “Böyük iyirmilik” ölkələrinin zirvə toplantısı 2013-cü ildə Rusiyanın Sankt Peterburq şəhərində, 2014-cü ildə isə Avstraliyanın Brisben şəhərində keçirilib. G20 ölkələrinin 2016-cı ildəki sammiti isə Çin Xalq respublikasında keçiriləcək.

G20 dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir. "Böyük iyirmilik" ABŞ, AB, İngiltərə, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Argentina və Cənubi Koreyanın daxil olduğu qrupdur.


OXŞAR XƏBƏRLƏR

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...