Azərbaycanlı həkimlər doğulmamış uşağı əməliyyat etdilər - VİDEO

Azərbaycanlı həkimlər doğulmamış uşağı əməliyyat etdilər -  VİDEO

Azərbaycanda doğulmamış körpə əməliyyat olunub.

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, ana bətnində olan qız uşağının ağ ciyərində əməliyyat Azərbaycan Tibb Universitetinin cərrahiyə korpusunda baş tutub. Torakotsentez və ya döş boşluğundan mayenin götürülməsi proseduru nadir əməliyyatlardan deyil. Lakin bu dəfə həkimlərin işini pasiyenti hələ doğulmaması çətinləşdirib. Dölün ağ ciyərlərində patologiyanın olduğu ultrasəs müayinəsi zamanı (USM) müəyyən olunub. Bu cür patologiya ölümlə nəticələnə bilərdi. Uşaq üzərində əməliyyat yarım saat ərzində aparılıb.

Tibb universitetinin ginekologiya və mamalıq bölməsinin baş həkimi Turab Canbaxışovun sözlərinə görə, bu əməliyyat çox böyük risk idi: “Döş qəfəsinin punksiyasından sonra, 3-4 gündən sonra ürəyin əks istiqamətə sürüşdüyünə görə o öz yerinə qayıtdı. Ürək fəaliyyəti bərpa olundu, ciyərlər açıldı və inkişaf etməyə başladı. Biz uşağı itirə bilərdik, amma dünya ədəbiyyatına əsaslanaraq qabağa getdik”.

Ana və uşağın doğuş zamanı təhlükəsizliyini qorumaq üçün mütəxəsislər qeysəriyə əməliyyatı keçirməyə qərar veriblər.

Balaca Zahidənin artıq bir ayı tamam olub və qızcığaz tamamilə sağlamdır. Lakin buna baxmayaraq həkimlər mütəmadi olaraq onun səhhətini yoxlayırlar: uşağın boyunu, çəkisini ölçürlər, reflekslərini yoxlayırlar. Ən əsası isə ürək və ciyərlərinin fəaliyyətini nəzarətdə saxlayırlar.

Körpənin anası Azadə Quliyeva da özünü yaxşı hiss edir, amma əməliyyat haqda eşidəndə qorxduğunu da gizlətmir.:

“Kifayət gədər böyük müddətə baxmayaraq hamı mənə hamiləliyi pozmağı tövsiyə edirdi. Amma mənim üçün ən əsası bu uşağı, qüsurla olsa belə dünyaya gətirmək idi, onun sağ doğulmasını istəyirdim. Bu bizim ilk uşağımızdır və mən bunu edə bilməzdim. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı və mən Allaha və hamıya təşəkkür edirəm ki, balamı qucağıma sağ-salamat ala bildim”.

 


OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...