Azərbaycanlılar şikayət etdi - İranda bu veriliş dayandırıldı

Azərbaycanlılar şikayət etdi -  İranda bu veriliş dayandırıldı

İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.

Hər cümə günü efirə gedən "Fitileh" populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.

Mətbuat xidmətindən bildirilib ki, bu, səhvən baş verib:

"Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib".

Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.


OXŞAR XƏBƏRLƏR

Ağ Evdə kabus: Mişel Obama boşanma şayiələri arasında evlilik problemləri haqqında danışıb

ABŞ-ın 44-cü prezidentiABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama öz podkastında Ağ Evdə çətin günlər keçirdiyini və evliliklərində fikir ayrılıqların...

Quba səmasında naməlum obyekt -VİDEO

Quba bölgəsində çəkilmiş videoda səmada parlaq işıq saçan və hərəkət edən qeyri-adi bir obyekt müşahidə edilib.   Sfera.az xəbər verir ki, sosia...

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı – VİDEO

Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.   O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsi...

Ağstafada dönərdən zəhərlənənlərin adları məlum oldu - YENİLƏNDİ

Ağstafada 8 nəfər dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, hadisə rayonun özündə yerləşən dönərxanaların birində qeydə alınıb.   İl...

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo...

Ceyhun Bayramov BMT nümayəndəsi ilə müzakirə apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Reb...